İlham Əliyev İslamiadada Azərbaycanlı mükafatçılar üçün mükafat ölçülərini müəyyən edib

Bakı/11.05.17/Turan: Prezident İlham Əliyev mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçilərinə ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat veriləcək.

Habelə, ikinci yeri tutana  30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutana 20 min manat, onun məşqçisinə isə 10 min manat mükafat düşəcək.

IV İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasına düşəcək idmançıları Azərbaycan Milli Olimpiya Komitəsi də mükafatlandırmaq niyyətindədir.

Dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi də bununla bağlı sərəncam imzalayıb.

Milli Olimpiya Komitəsi birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat verəcək.

Yenə ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manta, üçüncü yeri tutana 20 min manat, onun məşqçisinə isə 10 min manat ödəniləcək. -06B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti