Açiq mənbələrdən foto.
İranla sərhəddə 137 kiloqram heroin götürülüb
Bakı/03.12.21/Turan: Azərbaycan gömrükçüləri Azərbaycan ərazisilə İrandan Qazaxıstana gedən yük maşınında 137 kiloqramdan çox heroin aşkar ediblər. Bu, İranla sərhəddə Astara gömrük postunda baş verib. Məlumatı dekabrın 3-də Dövlət Gömrük Komitəsinin mətbuat xidməti yayıb.
Rentgen aparatı ilə yoxlama zamanı müəyyən edilib ki, kabinin içərisindəki üzlüyün altında gizlədilmiş əşyalar var. Baxış zamanı orada 171 bağlama heroin aşkar edilib.
Dindirmə zamanı sürücü etiraf edib ki, İranda ona narkotik maddələri daşıması üçün pul veriblər. Məlumatda heroin tədarükünü kimin sifariş etdiyi açıqlanmır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin partiyanın “qara bazar”da qiyməti 16 milyon manat (təxminən 10 milyon dollar) edir. -02
-
- Cəmiyyət
- 3 Dekabr 2021 17:50
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz