İsti hava şəraiti davam edəcək

Bakı/06.05.19/Turan: Mayın 7-də Bakıda və Abşeronda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər zəif duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gündüz +27, gecə +14+17 dərəcə olacaq.

Ölkə rayonlarında yağıntı gözlənilmir, ancaq bəzi qərb rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu yağması ehtimalı var.

Mərkəzi aran rayonlarında gündüz havanın temperaturu +29, dağlarda +17 dərəcə olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti