İstilər güclənir

Bakı/24.06.19/Turan: İyunun 25-də Bakıda və Abşeronda isti, quru hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz 36 dərəcə ətrafında olacaq. Gecə havanın temperaturu +25 dərəcə isti, nisbi rütubət 60-70% olacaq.

Ölkənin rayonlarında da yağıntı gözlənilmir, yalnız bəzi dağlıq rayonlarda yağıntı gözlənilir.

Mərkəzi aran rayonlarında hava gündüz +40 dərəcəyə qədər isinəcək. Dağlarda +28 dərəcəyə qədər isti olacaq.

İsti hava meteohəssas insanlar üçün narahatlıq yaradacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti