Açiq mənbələrdən foto.
İstirahət günlərində hava küləkli olacaq
Bakı/10.06.21/Turan: İyunun 11-də Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, saniyədə 15-18 metrə çatacaq. İyunun 12-də küləyin sürəti saniyədə 20 metrə çatacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
İyunun 14-dək Azərbaycanın şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək. Bəzi yerlərdə qərb küləyinin sürəti saniyədə 18-23 metrə çatacaq. -02D-
-
- Cəmiyyət
- 10 İyun 2021 14:02
-
- Sual-cavab
- 10 İyun 2021 16:05
Cəmiyyət
-
Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb. "Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.
-
Çərşənbə günü paytaxtda gecə və səhər yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Builki COP29 iqlim konfransının aktiv səhnələri arasında özünü FINS Təşəbbüsü adlandıran bir qrup tərəfindən təşkil edilən balina ovu və dənizin dərinliklərindən faydalı qazıntıların hasilatına qarşı etiraz nümayəndələrin və müşahidəçilərin diqqətini cəlb edib. Lakin qrupun legitimliyi ilə bağlı suallar yaranır, çünki İnternetdə axtarış onun mövcudluğuna dair dağınıq qeydlərdən başqa çox az dəlil verir.
-
Son iki gündə Tik-tok-da bakılıların dənizkənarı bulvarda gördükləri balina haqqında "xəbər" yayılıb. Ən çox "müşahidə edənlər" video göstərərək heyvanın ölçüsünü şərh ediblər. Sonra digər "şahidlər" bunun balina yox, köpək balığı olduğunu bildiriblər. Daha sonra sualtı qayıq haqqında versiya ortaya çıxıb.
Rəy yaz