Açiq mənbələrdən foto.
İyulun 1-dən toyların keçirilməsinə icazə verilir, lakin COVİD-pasport tələb olunur
Bakı/22.06.21/Turan: İyulun 1-dən Azərbaycanda toy, nişan və doğum günlərinin keçirilməsinə icazə verilib. Bu qərar koronavirus pandemiyası ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə bağlı qəbul edilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 22 iyun tarixli məlumatında deyilir.
50-150 nəfərlik toylar üçün COVİD-pasport tələb olunur, tibbi maskalardan istifadə ləğv edilir.
Toylarda xidmət göstərən personalın ən azı 80 faizinin COVİD-pasportu olmalıdır. Personal maska taxmalıdır. Musiqiçilərin maska taxması tələb olunmur.
Toylarda və digər şənliklərdə qonaqların sayı barədə məlumatlar beş gün qalmış icaze-gov.az portalına daxil edilməlidir. Əks halda, tədbirlərin keçirilməsi qadağandır.
Tədbirdə qonaqların sayı 50 nəfərə qədər olarsa, tibbi maskalardan istifadə lazımdır, ancaq COVID pasportu tələb olunmur.
Müvafiq qərar qəbul edilənədək 150-dən çox adamın iştirakı ilə təntənəli tədbirlərin keçirilməsi qadağandır. -02D-
-
- İqtisadiyyat
- 22 İyun 2021 10:46
-
- Siyasət
- 22 İyun 2021 11:05
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz