koronavirusinfo.az
İyulun 20-də COVİD-19-a 251 yeni yoluxma hadisəsi qeydə alınıb
Bakı/21.07.21/Turan: İyulun 20-də Azərbaycanda koronavirus infeksiyasına 251 yeni yoluxma hadisəsi qeydə alınıb, 79 nəfər sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Ölüm halları qeydə alınmayıb.
Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 338 837 nəfər təşkil edib, onların 331 429 nəfəri sağalıb, 4 994 nəfəri vəfat edib, 2 414 aktiv xəstənin müalicəsi davam etdirilir.
Gün ərzində Azərbaycanda COVİD-19-un müəyyən edilməsi üzrə 8 479 test aparılıb.
Ölkədə vaksin vurulanların ümumi sayı 4 383 875 nəfər təşkil edir. 2 591 666 nəfər birinci mərhələ üzrə, 1 792 209 nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub. -06D-
-
- Sual-cavab
- 21 İyul 2021 05:45
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz