Bakı/03.11.18/Turan: Bu gün səhər Bakının Nərimanov rayonunda kafedə baş vermiş yanğın zamanı üç nəfər həlak olub. Bu barədə FHN-in məlumatında deyilir. Yanğın dördmərtəbəli yaşayış binasının zirzəmisində 70 kv. metr sahəni əhatə edib.Hadisə yerinə baxış zamanı tüstüdən boğulmuş Kərəm Əli oğlu Əliyev (1989-cu ildə anadan olub), Bəhruz Fazil oğlu Əhmədov (1982) və digərinin (şəxsiyyəti müəyyənləşdirilir) cəsədləri aşkar edilib. -06D-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə