Küləkli hava şəraiti davam edəcək

Bakı/24.04.17/Turan: Aprelin 25-də Bakıda və Abşeronda küləkli hava şəraiti davam edəcək. Qısamüddətli yağıntı olacaq.

Sinoptiklər bildiriblər ki, havanın temperaturu gündüz +14+17, gecə + 7+9 dərəcə isti olacaq. Güclü şimal-qərb və qərb küləyi əsəcək.

Ölkə rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dağlıq rayonlarda qar yağacaq.

Aran rayonlarında gündüz +15+20, dağlarda  +8+13 dərəcə isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti