Açiq mənbələrdən foto.
Leysan və sel Azərbaycanın dağlıq və dağətəyi rayonlarına ziyan vurmağa davam edir
Bakı/19.06.23/Turan: Ötən bazar günü güclü leysan və dolu ölkənin bir çox dağlıq və dağətəyi rayonlarını əhatə edib. Güclü yağış selə səbəb olub və yolları dağıdıb. Meyvə bağlarına və digər kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.
Böyük dolu evlərin və təsərrüfat tikililərinin damına ziyan vurub, maşınların şüşələrini sındırıb.
Təbii fəlakət Böyük Qafqaz (Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Xaçmaz) və Kiçik Qafqaz (Daşkəsən, Gədəbəy) bölgəsini, Qarabağın dağlıq və aran hissələrini əhatə edib.
Sinoptiklərin proqnozuna görə, qeyd edilən bölgələrdə yağıntı iyunun 19-da da davam edəcək. 0
Cəmiyyət
-
Azərbaycana İrandan gətirilən bəzi şirniyyatlarda GMO (genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır) aşkarlanıb. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, qeydiyyatdan keçməyən genetik modifikasiya olunmuş yem məhsullarının istehsalı, emalı, dövriyyəsi qadağandır. Qeydiyyata alınması üçün həmin məhsullar həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçilər aldadılmamalıdırlar.
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
Rəy yaz