Açiq mənbələrdən foto.
Liftdə baş vermiş qəza nəticəsində qadın xəsarət alıb
Bakı/04.07.22/Turan: Bakıda yaşayış binasının liftində baş vermiş qəza nəticəsində qadın xəsarət alıb.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir ki, iyulun 4-də Bakının Nərimanov rayonundakı Həsənoğlu küçəsi, 6 ünvanında yerləşən yaşayış binasında texniki nasazlıq səbəbindən əyləc sisteminin çalışmamasına görə liftin bir mərtəbədən digərinə düşməsi nəticəsində Zəhra Məmmədovanın (1974-cü ildə anadan olub) ayağı zədələnib və xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. 06B
-
- Maliyyə
- 5 İyul 2022 13:35
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz