Mayın 7-də rayonlarda leysan yağışı və dolu gözlənilir

Bakı/05.05.17/Turan: Ekologiya Nazirliyinin sinoptikləri mayın 7-də ölkə ərazisində tufan olacağını, leysan yağışları və dolu yağacağını bildirirlər. Bu, çaylarda sululuğun artmasına gətirib çıxaracaq.

Mayın 6-da Bakıda və Abşeronda tutqun hava şəraiti olacaq, qısamüddətli yağış yağacaq. Havanın temperaturu +20 +25 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında da yağıntılar gözlənilir, bəzi yerlərdə intensiv olacaq. Aran rayonlarında gündüz hava +23 +28 dərəcəyə qədər isinəcək. Dağlarda +16 dərəcəyə qədər isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti