Açiq mənbələrdən foto.
Məhkəmə AXCP-nin beş fəalını həbsdə saxlayıb
Bakı/27.07.20/Turan: Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Məmməd İbrahimovun oğlu Mehdi İbrahimovun həbsilə bağlı şikayəti təmin etməyib.
Mehdi İbrahimov iyulun 15-də orduya dəstək aksiyasından sonra saxlanılıb. Lakin yalnız iyulun 20-də ona qarşı CM-in 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması xəstəliyin yayılmasına səbəb olduqda) ilə ittiham irəli sürülüb.
İyulun 22-də məhkəmə onu 3 ay müddətinə həbs edib və onu vərəm xəstələri üçün 3 saylı penitensiar müəssisəyə yerləşdiriblər.
Bundan sonra (iyulun 26 -da ) onun atası Məmməd İbrahim saxlanılıb və onun taleyi hələlik məlum deyil.
Bu gün Apellyasiya Məhkəməsi AXCP fəalları Məhəmməd İmanlı, Ramid Nağayev, Ayaz Məhərrəmov, Baba Süleymanov və Seymur Əhmədovun həbsilə bağlı şikayətləri təmin etməyib.
AXCP-dən bildiriblər ki, onların heç biri məhkəməyə aparılmayıb, hətta onların onlayn iştirakı təmin edilməyib.-16D06-
-
- Cəmiyyət
- 27 İyul 2020 14:47
-
- İqtisadiyyat
- 27 İyul 2020 15:59
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz