Mətbuat-Monitorinq 29.04.15
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin Bakıda işinə başlayan III Bakı Qlobal Forumunda çıxışını ilk səhifədə yerləşdirib.
“Azərbaycan” qəzeti “müxalifətçi “Azadlıq” qəzetini “dünya ermənilərinin maraqlarını müdafiə etmək” kimi təhqirə məruz qoyan məqalə dərc edib. Rəsmi qəzet daha sonra təhqiri dərinləşdirərək “Azadlıq”qəzetinin rəsmi Bakıya tənqidi mövqeyini “antiazərbaycançı şəbəkədən “sapı özümüzdən olan balta”lara I Avropa Oyunlarına qara yaxmaqla bağlı yeni sifarişlər gəlməsi ilə “əsaslandırıb”.
“Azadlıq” Azərbaycanın bəzi İnternet saytlarında ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanda dövlət çevrilişi hazrlaması barədə məqalə olması xəbərini manjetə çıxarıb. Ölkə siyasətçiləri ABŞ-a qarşı bu ittihamı PA-nın rəhbəri Ramiz Mehdiyevin keçən ilin dekabrında dərc etdirdiyi antiamerika məqaləsinin davamı adlandırıblar.
Fransanın “Le Monde” qəzeti Bakıya gedənlərə otellərdə gizli kameraların olması barədə xəbərdarlıq edir.
Qəzet vəkillərinə isnadən həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun sol gözünün görmə qabiliyyətinin ititrilməsi prosesinin getdiyini yazır.
Kürdəxanı təcridxana rəhbərliyi yazılarını mediaya ötürdüyünə görə jurnalist Xədicə İsmayıla telefon danışığı və yaxınları ilə ünsiyyətdən məhrum ediləcəyi barədə hədə-qorxu gəlib.
Hərbi hissənin komandiri tərəfindən güllələndiyini iddia edən əsgər Çingiz Tanrıverdiyev müalicəsinə yarıdm göstərməsi üçün dövlət başçısı İlham Əliyevə video-müraciət yayıb.
Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda dövlət başçısı İlham Əliyevin çıxışını qəzet “danışılanlarla yürüdülən siyasət arasındakı kəskin fərq” kimi şərh edib.
“Ekspress” rəsmi Bakıya yaxın bəzi İnternet saytlarında ABŞ dövlət katibi Con Kerrinin antiazərbaycan kampaniyası aparması haqda yazını əsas götürərək bunu “Ağ Evin qara piarı” iddiası ilə ilk səhifəyə çəkib.
“Exo” uyğun qurumların ictimai nəqliyyat sürücülərinin psixoloji nəzarətdən keçməsi haqda xəbərlərə müstəqil ekspertlərin belə bir nəzarətin olmaması barədə cavablarını diqqət mərkəzinə çəkir.
Uşaq düşərgələrinə putyovkaların 200-300 manata başa gəldiyini deyən ekspertlər bahalıq üzündən məktəblilərin əksəriyyətinin yay tətilini evlərində keçirəcəklərini nəzərə çatdırırlar.
“Novoe Vremya” bəzi İnternet saytlarında yayılan ABŞ-ın antiazərbaycan kampaniyası aparması haqda məqalə fonunda “Birləşmiş Ştatlar nə düşünür?” sualını gündəmə gətirir.
“Bizim yol” səhifəsində dərc etdiyi yol tikintisilə bağlı yazıda dövlət vəsaitlərinin mənimsənilməsi haqda “şok faktlar” açıqlamasını önə çəkib.
“Yeni Müsavat” iqtidara yaxın bəzi media qurumlarının İnternet saytlarında rəsmi Bakıya qarşı kampaniyanın ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması haqda mqəalə dərc edilib və qəzet bunu “ABŞ-a qarşı sensasion ittiham” kimi dəyərləndirir.
Qəzet Milli Şuranın “Talan son!” şüarı altında mayın 3-də keçirilməsini nəzərdə tutduğu aksiyaya 50 min nəfər dəvət etməsi haqda yazır.
Azərbaycanın da iştirakçısı olduğu Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı ölkələrinin may ayında keçiriləcək Riqa sammitinə Rusiyanın hədə-qorxu gəlməsi fonunda müxalif siyasətçilər rəsmi Bakıya bu hədə-qorxulardan çəkinməyərək sammitdə iştirak etmək çağırışı səsləndiriblər.
-
- İqtisadiyyat
- 29 Aprel 2015 12:42
-
- İqtisadiyyat
- 29 Aprel 2015 13:29
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz