Mətbuat-Monitorinq 30.10.12
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin Saatlı, Beyləqan və İmişli rayonlarına səfərləri haqda yazır.
“Azadlıq” qəzeti rəsmi Bakının ölkənin diaspor qururmlarına Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı əleyhinə hücum əmri verdiyini iddia edir.
Politoloq Arif Yunus qəzetə şərhində bu qurumun yaradılmasını Kremlin mənfi mənada Bakıya siqnalı adlandırıb.
Eks-prezident Əbülfəz Elçibəyin ailəsi onun zəhərlənərək vəfat etməsilə bağlı başlanmış cinayət işinə növbəti etiraz bəyanatı yayıb.
İctimai Palatanın təmsilçiləri Bakı meriyasının cavabından asılı olmayaraq noyabrın 2-də parlament binasının önündə aksiya keçirəcək.
İki ay bundan öncə polisi bıçaqlayaraq həbsxanaya düşən Bakı sakini Mansur Zeynalov həbsxanada vəfat edib.
“Zerkalo” həmsədrlərin Qarabağ probleminin həllində son zamanlar “Madrid prinsipləri”ni xatırlatmalarını belə bu prinsiplərin “dəfni” adlandırır.
“Ekspress” yazır ki, deputat Hüseynbala Mirələmov oğlunun polis bölməsi rəisi vəzifəsindən azad olunmasını “oğlunun səhvlərinə görə cəzalandırılması” adlandırıb.
Yeni hazırlanan qanun layihəsində avtoxuliqanlığa görə həbs nəzərdə tutulur.
“Exo” ekspertlərə istinadən ölkədə ekoloji durumun əlverişli olması üçün meşə sahəsinin indiki kimi 12% yox, ölkə ərazisinin 25%-ni əhatə etməsini əsas sayır.
“Novoe Vremya” Qarabağ münaqişəsinin başlanmasından 24 il keçməsinə baxmayaraq, hələ də ölkə rəhbərliyinin hər hansı uğura imza atmamasına “rəsmi Bakının erməni məkrinə qarşılıq verməyə qabiliyyəti varmı?” sualı ilə mövqe ifadə edib.
“Bizim yol” Rusiyada “milyarderlər ittifaqı” yaradan azərbaycanlıların Azərbaycandakı mülkiyyət və bizneslərinin təhlükə altına düşdüyü barədə xəbərdarlıq edir.
“Yeni Müsavat” Ermənistanın cırtdan dövlətlərin “DQR”i tanımaları layihəsini işə salıb, layihəni erməni diasporu maliyyələşdirir.
PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Moskva görüşlərinə toxunan qəzet bunu rəsmi Bakının “milyarderlər ittifaqı”ndan doğan narahatlıq sayır.
1993-cü ildə milli hökuməti devirən qiyamın başçısı Surət Hüseynov “Milli Qəhrəman” adının qaytarılması üçün parlamentə müraciət edib.
Oktyabrın 6-da bir qrup şəxsin hicabı müdafiə adı ilə keçirdiyi aksiyanın təşkilatıçısı kimi həbsə alınan Cavid Məmmədovu ailəsilə hədələyən istintaq silah saxlamasını boynuna götürməsini tələb edir.
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz