Açiq mənbələrdən foto.
Müharibədən təsirlənən şəxslərə psixoloji yardım
Bakı/29.06.21/Turan: BMT-nin Əhali Fondunun dəstəyi ilə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra edilən “Münaqişədən təsirlənən əhaliyə mobil psixo-sosial dəstək xidmətlərinin təmin edilməsi” layihəsi çərçivəsində yerli əhali qrupları ilə görüşlər həyata keçirilir. Bu barədə BMT-nin Bakı nümayəndəliyinin məlumatında deyilir.
Məlumata görə, görüşlər zamanı “Gənc Psixoloqlar” İctimai Birliyinin psixoloq və mütəxəssisləri müharibənin psixoloji fəsadlarını bu və ya digər dərəcədə öz üzərində hiss etmiş qadınlar və digər həssas əhali qrupları ilə müzakirələr aparır, onların üzləşdiyi psixoloji və emosional sarsıntıların aradan qaldırılması və psixi sağlamlıqlarının dəstəklənməsi istiqamətində faydalı tövsiyələr verir. Həmçinin, ehtiyacı olan zərərçəkmişlər üçün təmənnasız fərdi görüşlər təşkil edilir.
Müharibənin psixoloji təsirlərinin azaldılmasını nəzərdə tutan layihə Ağdam, Tərtər, Goranboy, Bərdə, Mingəçevir, Göygöl, Gəncə, Ağcabədi şəhər və rayonlarını əhatə edir. -16D-
-
- İqtisadiyyat
- 29 İyun 2021 12:25
-
- Maliyyə
- 29 İyun 2021 13:23
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz