Açiq mənbələrdən foto.
“Müsəlman Birliyi” Hərəkatının daha iki üzvü həbs edilib
Bakı/06.12.22/Turan: “Müsəlman Birliyi” Hərəkatının üzvləri Nicat Əliyev və Samir Babayev müvafiq olaraq 4 və 2 ay müddətinə həbs ediliblər. Onlar narkotik maddələrin qanunsuz alverində ittiham olunurlar. Bu barədə onların yaxınları bildiriblər.
Doğmaları təqsirləndirilən şəxslərə qarşı konkret hansı ittihamların irəli sürüldüyünü bilmirlər.
Əliyev dekabrın 1-də, Babayev isə dekabrın 2-də saxlanılıb.
Bundan öncə, noyabrın 23-də “Müsəlman Birliyi” Hərəkatının digər fəalı Şahin Qədirli narkotik maddə alveri ittihamı ilə həbs edilib.
Hərəkat qısa müddətdə üç üzvünün həbs olunmasını özbaşınalıq və qanunsuzluq hesab edir.
Təşkilat qanunsuz həbslərə son qoyulmasını, haqsız yerə həbsdə olan bütün fəalların azadlığa buraxılmasını tələb edib.
Xatırladaq ki, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə dövlət quruluşunu zorla dəyişdirməyə cəhd ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bağırzadə və tərəfdarları İran rejiminə öz rəğbətlərini gizlətməyiblər. 03B06
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz