Neftçalada mərhum müxalifətçinin anım gününü keçirməyə imkan verilməyib
Bakı/30.07.19/Turan: Neftçala rayonunda polis AXCP fəalı, mərhum Elnur Fərəcovun anım gününü keçirməyi qadağan edib.
O, ötən ilin mayında həbsdən azad edildikdən bir neçə həftə sonra vəfat edib.
İyulun 30-da valideynləri E.Fərəcovun doğum günü ilə əlaqədar anım mərasimi keçirmək üçün istəyiblər.
Lakin onun atası Hüseyn Fərəcov iyulun 29-da rayon polis şöbəsinə çağırılıb. Ona anım gününün keçirilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib, AXCP-dən Turan-a bildiriblər.
Polisdə deyiblər ki, yalnız ailə üzvləri məhrumun məzarını ziyarət edə bilər. Polisdə qadağanı tədbirin "siyasi xarakter" ala bilməsi ilə əlaqələndiriblər.
Neftçala polisindən və DİN-dən şərh almaq mümkün olmayıb.
E.Fərəcov 2016-cı ilin dekabrında narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdi. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanımışdılar.
Həbsdə ikən onda onkoloji xəstəlik əmələ gəlib. Ağır xəstə olan E.Fərəcov 2018-ci ilin mayında əfv edilib, avqustun 9-da isə vəfat edib. 05D06-
-
- Maliyyə
- 30 İyul 2019 12:39
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz