Ömürlük həbs cəzasına məhkumların hüquqlarını müdafiə komitəsi
Ömürlük mühakimə olunmuşların hüquqlarını Müdafiə Komitəsi prezidentə müraciət edib
Bakı/27.09.22/Turan: Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş məhbusların hüquqlarını Müdafiə Komitəsi bu gün həmin kateqoriyadan olan məhbusların ağır cəza şəraitini, onlardan bəzisinin Birinci Qarabağ Müharibəsində iştirakını, onların ailə üzvlərinin dözülməz həyat şəraitini müzakirə edib və Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul edib.
Müraciətdə müharibə veteranları Səfa Poladov, Arif Kazımov, Elçin Əmiraslanov və başqalarının, həmçinin cəmiyyətdə “Qarabağ partizanları” kimi tanınan Məmməd Məmmədovun (20 ildir həbsdədir) və digərlərinin 26 il həbsdə olduqları vurğulanır. Məhbus Əli Quliyev və digərləri 31 ilə yaxındır ki, həbsdədir.
Törətdikləri cinayətlərə görə cəzası çox ağır olan 21-dən çox məhkumun adı sadalanıb. Bu adamların əksəriyyəti güllələnməyə məhkum edilib, lakin 1998-ci ildə bu hökm ömürlük həbslə əvəz edilib. Komitə bu qərarı qanunsuz hesab edir, çünki qanun güllələnmənin 15 il həbs ilə əvəzlənməsinə icazə verir.
Müraciətdə Azərbaycanla Ermənistan arasında davam edən münaqişə xatırladılır ki, bu da dövlətdən vətəndaş sülhünün və cəmiyyətdə yaxşı münasibətlərin bərpasını tələb edir.
"Ömürlük mühakimə edilmiş şəxslərin azadlığa buraxılması dövlətlərin daxili siyasətində humanizmin təntənəsi demək olacaq", - müraciət müəllifləri hesab edirlər.
Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş 270-dən çox məhbus var ki, onların hamısı Qobustan qapalı tipli, şəraiti müasir beynəlxalq tələblərə cavab verməyən həbsxanada saxlanılır. On il öncə bəyan edilmiş Qobustan rayonu Umbakı qəsəbəsində yeni və müasir qapalı həbsxananın tikintisi ləngiyir.—0—
-
- Siyasət
- 27 Sentyabr 2022 16:07
Cəmiyyət
-
Azərbaycana İrandan gətirilən bəzi şirniyyatlarda GMO (genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır) aşkarlanıb. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, qeydiyyatdan keçməyən genetik modifikasiya olunmuş yem məhsullarının istehsalı, emalı, dövriyyəsi qadağandır. Qeydiyyata alınması üçün həmin məhsullar həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçilər aldadılmamalıdırlar.
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 329
Rəy yaz