Polad Aslanov istintaqı “qərəzli” hesab edərək ifadə verməkdən imtina edir
Bakı/15.12.19/Turan: Ötən cümə jurnalist Polad Aslanovun barəsində yenidən istintaq hərəkəti aparılıb. Lakin jurnalist növbəti dəfə müstəntiqə ifadə verməkdən imtina edib. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində bildirib.
Jurnalist imtinanın səbəbini ona qarşı işin sifariş xarakterli olması, müstəntiqin qərəzliliyi ilə izah edib.
"Həbsim sifariş olduğu üçün müstəntiq Kənan Əliyev istintaqı qərəzli aparır,tanımadığım insanların yalan ifadələri əsasında və tanıdığım insanlara ailə üzvləri ilə hədə-qorxu gələrək mənim əleyhimə ifadə verməyə məcbur edir.Bu səbəbdən ifadə verməkdən imtina edirəm", - jurnalist yazaraq qeyd edib.
* Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.06B-
-
- Dünyada
- 15 Dekabr 2019 14:55
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz