Polad Aslanov. Açiq mənbələrdən foto.
Prokuror Polad Aslanova 17 il həbs istəyib
Bakı/22.10.20/Turan: Oktyabrın 22-də xeberman.com saytının təsisçisi Polad Aslanovun işi üzrə məhkəmədə dövlət ittihamçısı 17 il həbs istəyib.
Proses qapalı rejimdə keçirilir, belə ki, Aslanov İranın xeyrinə casusluq etməklə dövlətə xəyanətdə ittiham olunur.
Həyat yoldaşının sözlərinə görə, prosesdə ittihamın heç bir sübutu təqdim edilməyib.
Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İstintaq Aslanovun jurnalist həmkarlarını cəlb edərək, İranın xüsusi xidmətləri ilə əməkdaşlığa yönləndirirdi.
Aslanov bütün ittihamları təkzib edib, Dövlət Təhlükəsizliyi Xidmətinin işçilərinin korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirib. -03C-
Cəmiyyət
-
Bu gün, yanvarın 6-da Azərbaycanda 23 gün sonra keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata start verilir. İndiyə kimi 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 6-da seçkilərlə bağlı iclasda bildirib. Onlardan 8 min 429 nəfəri 23 siyasi partiyanı təmsil edir.
-
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycana 700 qram tiryək, 13 mindən çox Preqabalin- 150 həbinin və 600 ədəd Metadon-40 həbinin keçirilməsi cəhdinin qarşısı alınıb. Bunun harada və nə vaxt baş verdiyi açıqlanmır.
-
Yanvarın 7-də paytaxtda gün ərzində yağıntı gözlənilmir. Axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi cənub-şərq küləyinə keçəcək.
-
Hazırda Çin, Qazaxıstan və Rusiyada metapnevmovirus - kəskin respirator virus infeksiyaları üzrə qeyri-stabil epidemioloji vəziyyət müşahidə olunur. Onun sinmptomlrı öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulmasıdır.
Rəy yaz