“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə keçib
Bakı/26.08.21/Turan: Ağdamın "Qarabağ" klubu pley-off mərhələsində Şotlandiyanın "Aberdin" klubuna qalib gələrək Avropada yeni klub turniri olan Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bakıda 1:0 hesabı ilə qələbədən sonra Qurban Qurbanovun yetirmələri artıq birinci hissədə-8-ci və 18-ci dəqiqədə Tural Bayramov və Kadinin səylərilə rəqib qarşısında ciddi üstünlük qazanıblar.
İkinci hissənin 72-ci dəqiqəsində Abdulla Zubir hesabı 3:0-a çatdırıb.
Ev sahiblərinin təsəlliverici qolunu 91-ci dəqiqədə penalti ilə Fergüson vurub.
Bundan öncə "Qarabağ" qrup mərhələsinə gedən yolda İsrailin “Aşdot” və Kiprin "AEL" komandalarını geridə qoyub.
Azərbaycanın digər nümayəndəsi, ölkənin sonuncu çempionu olan Bakının "Neftçi” klubu İsrailin “Makkabi Hayfa” klubu ilə 3:3 hesabı ilə ev matçından sonra səfərdə 0:4 hesabı ilə məğlub olub və avrokuboklarda iştirakını dayandırıb.
Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə dörd klubla başlayıb. "Sumqayıt" və "Keşlə" ilk matçlardan sonra Konfrans Liqasından çıxıblar. –71D-
-
- Siyasət
- 26 Avqust 2021 21:37
-
- İqtisadiyyat
- 27 Avqust 2021 11:12
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz