Qobustan həbsxanasının məhbusları su qıtlığından əziyyət çəkirlər
Bakı/18.08.17/Turan: Qobustan qapalı həbsxanada saxlanılan məhbuslar bu qızmar yay günlərində su çatışmazlığından əziyyət çəkirlər. Həbsxanaya gün ərzində iki saatdan bir su verilir, o da fasilə ilə.
Bu barədə Qobustan həbsxanasında saxlanılan məhbuslar vəkil Yalçın İmanova bildiriblər.
"Əksər kameralarda məhbuslar suyu vedrə ilə daşıyırlar. Qobustan həbsxanasındakı kameralarda yarıya qədər divarla ayrılmış açıq tualetlər var. Yayın qızmarında, belə şəraitdə suyun olmaması ciddi çətinliklər yaradır", - vəkil qeyd edib.
Məhbusların sözlərinə görə, rəhbərlik su problemini həbsxananın suya olan borcuyla izah edir.
Ombudsmanın nümayəndələri gəlməmişdən öncə "kars" otaqlarını təmir ediblər.
Avqustun 17-də Y. İmanov Qobustan həbsxanasında hüquqlarını müdafiə etdiyi şəxslərdən "Müsəlman Birliyi" Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, onunla birlikdə həbs olunmuş Nardaran məhbusu Abbas Hüseynov və Azərbaycan İslam Partiyasının lideri, cəzasının qarşıdakı üç ilini qapalı həbsxana rejimində çəkmək üçün bir müddət əvvəl ora göndərilən Mövsüm Səmədovla görüşüb.
A. Hüseynov görüş zamanı bildirib ki, bir neçə gün əvvəl Ombudsman Aparatının nümayəndələri, Penitensiar Xidmətin Elçin adlı şöbə rəisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ayrı-ayrılıqda ona baş çəkiblər. A.Hüseynov həbsxanada ona verilən işgəncələr haqda detallı danışıb, üzərindəki işgəncə izlərini göstərib.
Onun sözlərinə görə, işgəncələr məsələsi ictimailəşdikdən və Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin Qobustan həbsxanasına gələcəyi bəlli olandan sonra hazırlıq işləri başlayıb. Ombudsman Aparatının nümayəndələri gəlməmişdən əvvəl ona təzə paltar verilib, avqustun 9-da cərimə təcridxanasından ("kars") çıxarıb, 2 "kars" kamerasını və karantn otağını təmir ediblər.
Ombudsman Aparatının nümayəndələri getdikdən sonra isə A. Hüseynov yenidən təmirsiz "kars" otağına salınıb.
Avqustun 12-də Penitensiar Xidmətin şöbə müdiri ilə görüşdə A.Hüseynov başına gələnləri şifahi şəkildə danışmaqla yanaşı, həm də bu haqda ərizə yazıb.
Avqustun 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları həbsxanada məhbuslara baş çəkiblər. Onlar A.Hüseynovla yanaşı T. Bağırzadə və M. Səmədovla görüşüblər. Həmçinin Penitensiar Xidmətin şöbə rəisi T. Bağırzadə ilə görüşüb.
A.Hüseynova verilən "kars" cəzasının müddəti avqustun 13-də bitib. O, avqustun 14-də karantinə, ardınca da korpusa köçürülüb. Ona deyiblər ki, "qalxacaqsan korpusa, burda problemli adamlar var", bu da məhbuslar tərəfindən açıq təhdid kimi qəbul olunub.
"Abbas Hüseynov xeyli arıqlayıb. O, həbsxanada verilən qidaların lazımi keyfiyyətdə olmadığını və bu səbəbdən də həmin yeməkləri yeyə bilmədiyini deyir. Abbas hazırda 8 nəfərlik kamerada saxlanılır", - vəkil bildirib.-06D-
-
- Siyasət
- 18 Avqust 2017 11:52
Cəmiyyət
-
Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb. "Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.
-
Çərşənbə günü paytaxtda gecə və səhər yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Builki COP29 iqlim konfransının aktiv səhnələri arasında özünü FINS Təşəbbüsü adlandıran bir qrup tərəfindən təşkil edilən balina ovu və dənizin dərinliklərindən faydalı qazıntıların hasilatına qarşı etiraz nümayəndələrin və müşahidəçilərin diqqətini cəlb edib. Lakin qrupun legitimliyi ilə bağlı suallar yaranır, çünki İnternetdə axtarış onun mövcudluğuna dair dağınıq qeydlərdən başqa çox az dəlil verir.
-
Son iki gündə Tik-tok-da bakılıların dənizkənarı bulvarda gördükləri balina haqqında "xəbər" yayılıb. Ən çox "müşahidə edənlər" video göstərərək heyvanın ölçüsünü şərh ediblər. Sonra digər "şahidlər" bunun balina yox, köpək balığı olduğunu bildiriblər. Daha sonra sualtı qayıq haqqında versiya ortaya çıxıb.
Rəy yaz