
Açiq mənbələrdən foto.
Bakı/19.04.21/Turan: Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
Nazirlər Kabinetinin digər Qərarına əsasən mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Xəbəri Nzirlər Kabinetinin Mətbuat Xidməti yayıb. -03-
Rəy yaz