Sadaxloda toyda 200 azərbaycanlı zəhərlənib
Avqustun 29-da Gürcüstanın Marneuli rayonunun Sadaxlo kəndində (əhalisi azərbaycanlılardan ibarətdir) toyda 200 nəfər qidadan zəhərlənib. 50 nəfər intoksikasiya əlamətləri ilə xəstəxanaya gətirilib, xəbəri Gürcüstan KİV-ləri yayıb.
Zəhərlənənlər arasında 28 azyaşlı uşaq var, onların 21-i xəstəxanadadır. Zəhərlənənlər Marneuli, Rustavi, Bolnisi və Tbilisi klinikalarına yerləşdirilib. Ötən gecə Marneulidə zəhərlənənlərə Gürcüstan baş naziri Georgi Kvirikaşvili, səhiyyə naziri və Kvemo (Aşağı) Kartli qubernatoru baş çəkib.
İlkin məlumata görə, toyda olan vətəndaşlar ətdən və ya sərinləşdirici içkilərdən zəhərləniblər. -02D-
-
- Siyasət
- 30 Avqust 2016 14:05
-
- İqtisadiyyat
- 30 Avqust 2016 14:35
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz