Açiq mənbələrdən foto.
Salyanda "Narkotikə yox" aksiyası
Bakı/19.05.22/Turan: Mayın 19-da Salyan şəhərində "Narkotikə yox" şüarı ilə yürüş keçirilib. Bir qrup yerli vətəndaş Salyanda son zamanlar narkotik vasitələri satanların sayının çoxalmasını iddia edərək, Salyan Şəhər İcra Hakimiyyətinə qədər yürüş təşkil ediblər.
Onlar bildiriblər ki, aidiyyatlı orqanlar narkotiklə mübarizə aparmalıdır. "Uşaqlarımız niyə məhv olsunlar? Rayonda narkomaniya çoxalıb. Açıq-aşkar alver gedir", deyə aksiya iştirakçılarından biri bildirib.
Aksiya iştirakçıların qarşısına çıxan Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov bildirib ki, narkomaniya ilə bağlı dövlət səviyyəsində bütün tədbirlər görülür. "Əgər sizin hər hansı konkret məlumatınız varsa, öz təkliflərinizi verin. Biz də bu məlumatları araşdırmağa hazırıq".
DİN-dən şərh almaq mümkün olmayıb. -0-
-
- Cəmiyyət
- 19 May 2022 13:19
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz