![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2021/main/020100028204-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
"Sədərək" TM-də faciəvi hadisə
Bakı/01.02.21/Turan: Yanvarın 31-də "Sədərək" ticarət mərkəzində tikinti-təmir işləri zamanı bir fəhlə həlak olub, bir nəfər isə xəsarət alıb. Üçmərtəbəli mağazada tikinti materialları liftlə qaldırılarkən tros qırılıb və səbət yerə çırpılıb. Nəticədə fəhlə Elsevər Əzizov müxtəlif dərəcəli xəsarətlər alıb, digər işçi Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda CM-in 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir. -06D-
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz