Şənbə günü yağış gözlənilir

Bakı/16.11.18/Turan: Noyabrın 17-də Bakıda və Abşeronda hava tutqun olacaq, axşama doğru yağış gözlənilir. Havanın temperaturu gündüz +13 +16 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında da yağış yağacağı, səhər duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Aran rayonlarında gündüz +17 dərəcəyə qədər, dağlıq rayonlarda +8 dərəcəyə qədər isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti