Sentyabrda 35 dərəcəyədək isti olacaq
Sentyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacaq.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 22-24 dərəcə isti (gecələr 19-24, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 33-35 dərəcəyədək isti) olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-23 mm) olacağı gözlənilir.-03D-
Cəmiyyət
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
-
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
-
Yanvarın 16-da paytaxtda yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Milli Hidrometeorologiya Xidməti 16 yanvar üçün hava proqnozunu açıqlayıb. Proqnozda ölkə ərazisində müxtəlif hava şəraitinin müşahidə ediləcəyi bildirilib.
Rəy yaz