Sentyabrın 29-dək Abşeronda güclü xəzri və gilavar əsəcək
Sentyabrın 26-dan 29-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti olacaq, güclü xəzri və gilavar küləyi tez-tez bir-birini əvəz edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb, qərb küləyi gündüz arabir güclənəcək. Gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 27-də əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. -03D-
-
- Siyasət
- 26 Sentyabr 2013 17:33
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz