Sərhədçilər böyük miqdarda narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar
Bakı/24.12.18/Turan: Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısını alıblar. DSX-nin məlumatında deyilir ki, insident dekabrın 20-də baş verib. Qaçaqmalçılar Yardımlı rayonu Deman kəndi ərazisindən Azərbaycana 6 kq. 580 qram marixuana və 70 qram heroin keçirmək istəyiblər. Ancaq sərhədçiləri görüncə narkotik vasitələri ataraq geri qaçıblar. Bundan əlavə, sərhədçilər sərhəd rejimini pozan bir neçə nəfəri saxlayıblar.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.-06D-
-
- Maliyyə
- 24 Dekabr 2018 12:43
-
- İqtisadiyyat
- 24 Dekabr 2018 12:59
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz