![Sinoptiklər güclü külək olacağı barədə xəbərdarlıq edir](https://turan.az/resized/media/2018/main/071900011862-750-500-resize.webp)
Sinoptiklər güclü külək olacağı barədə xəbərdarlıq edir
Bakı/19.07.18/Turan: İyulun 20-də axşam saatlarından etibarən Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, külək ayın 23-də günorta kəsiləcək, xəbəri Ekologiya Nazirliyinin sinoptikləri yayıb.
Azərbaycanın rayonlarında qeyd edilən dövrdə hava qeyri-sabit olacaq, leysan və dolu yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək. -02D-
-
- Cəmiyyət
- 19 İyul 2018 13:37
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz