Açiq mənbələrdən foto.
Sinoptiklər mart üçün hava proqnozunu açıqlayıblar
Bakı/28.02.22/Turan: Martda Azərbaycan ərazisində havanın temperaturu iqlim normasına yaxın olacaq, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aylıq proqnozunda deyilir.
Martın ilk günlərində havanın isinəcəyi gözlənilir.
Amma ayın ilk ongünlüyünün ortasında sinoptiklər hava şəraitinin dəyişəcəyini, yağış yağacağını, güclü şimal-qərb küləyi əsəcəyini proqnozlaşdırır.
Bakıda və Abşeronda orta aylıq temperatur gecə 5-10 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Amma ayrı-ayrı günlərdə paytaxtda temperatur 18-23 dərəcəyə qədər isinəcək.
Ölkə üzrə yağıntıların aylıq miqdarı iqlim normasına yaxın (norma 20-27 mm), bəzi yerlərdə normadan bir qədər yüksək olacaq. -06В-
Cəmiyyət
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
-
Kömək üçün Turan agentliyinə müraciət edən və adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb: "Bu 58 000 manatlıq müqavilə idi. Mən “Algaplaza”da şirkətin ofisində 44 000 manat ödədim və qalan məbləği də açarları təhvil verərkən ödəmək niyyətində idim.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
Azərbaycan-Qərb və Azərbaycan-Rusiya münasibətləri. Münasibətlər hara istiqamətlənib? – Nahid Cəfərov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 168
Rəy yaz