Tural Sadıqlı
Tural Sadıqlının əmisi də polisə aparılıb
Bakı/20.02.18/Turan: Almaniyada mühacir olan Tural Sadıqlının Ağdamda yaşayan əmisi Zahir Sadıqov polisə aparılıb. Bu barədə T.Sadıqlının atası Əlövsət Sadıqlı bildirib.
Onun sözlərinə görə, fevralın 20-də səhər tezdən Zahir Sadıqovun Ağdam rayonunun Əhmədağalı kəndindəki evinə polis sahə müvəkkili, bir post patrul əməkdaşı və bir DYP əməkdaşı gəlib: "Onlar rayon polis şöbəsində rəis müavininin onu çağırdığını bildiriblər. Əsl səbəbini bilmədiklərini deyiblər. Lakin əlavə ediblər ki, ya Bakı məsələsidir, ya da maşınınla bağlı məsələdir. Bu barədə imkan tapıb özü şəxsən mənə zəng edib məlumat verdi".
Ə.Sadıqlı deyib ki, qardaşının narkotik maddə, silah, nə də hansısa qanunsuz əməli yoxdur, kriminala meylli deyil və İnternetdən də istifadə etmir, eyni zamanda da Tural Sadıqlının siyasi fəaliyyəti və çıxışları barədə məlumatlı deyil.
Ə.Sadıqlı deyib ki, qardaşını Ağdam rayon polis şöbəsinə aparıblar, səhər saatlarından saat 16:00-ya qədər saxlayıblar və sonra sərbəst buraxıblar.
Ə.Sadıqlının açıqlamasına Daxili İşlər Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, T.Sadıqlının atası Ə.Sadıqlının özünü fevralın 18-də Bakının Sabunçu rayon 12 saylı polis bölməsinə aparıblar, fevralın 19-da saat 11:00-12:00 arası sərbəst buraxıblar.
Ə.Sadıqlının bildirdiyinə görə, polis bölməsində aparılan söhbətlərdə T.Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər. Ə.Sadıqlı oğluna qar şı bu ittihamları rədd etdiyini bildirib. T.Sadıqlı son 3-4 ildir ki, Almaniyada siyasi mühacirətdədir.
Azərbaycan haikmiyyətini tənqid edən blogerlərdən biridir, Azərbaycanda isə hakimiyyəti tənqid edən blogerlərin ailələrinə və yaxınlarına təzyiq göstərilir.-05B-
Cəmiyyət
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
Rəy yaz