Эльдар Намазов
Eldar Namazov İlham Əliyevə inanır?
Bakı/20.02.18/Turan: Heydər Əliyevin keçmiş köməkçisi, politoloq Eldar Namazovun rəhbərlik etdiyi "Deportasiya qurbanları" İctimai Birliyi gözlənilmədən 11 aprel növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyini bildirib.
Bu barədə qurumun üzvləri fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində azərbaycanlıların Ermənistandan deportasiyasına həsr olunmuş tədbirdə bildiriblər.
1993-cü ildə Xalq Cəbhəsi hökumətində baş nazirin müavini və təhsil naziri postunu tutmuş Firidun Cəlilov hamını 11 aprel seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.
Eldar Namazovun mövqeyi qəti olmasa da İlham Əliyevə dəstək təəssüratı yaradır. O, Turan-ın müxbirilə söhbətində deyib: "Qarşıdakı seçkilərin nəticələri məlumdur. Dəyişiklik olmayacaq və İlham Əliyev prezident qalacaq. Məni ən çox seçkilərdən sonrakı proseslər narahat edir, islahatlar necə olacaq, Qarabağ nizamlanmasında hansı addımlar atılacaq".
Qeyd edək ki, "Deportasiya qurbanları" təşkilatı bir neçə il öncə yaradılıb və aktiv fəaliyyət göstərmir.
E.Namazova gəlincə, 1993-99-cu illərdə Heydər Əliyevin katibliyinə rəhbərlik edib və Ermənistanla təslimçi sülh müqaviləsinin hazırlanması barədə şayiələrin fonunda istefa verib.
Sonra "Azərbaycan naminə" İctimai Forumu yaradıb, "El" Hərəkatını təsis edib, Demokratik Qüvvələrin Milli Şurasının yaradılmasının və 2013-cü il prezident seçkilərində kinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsinin təşəbbüsçülərindən biri olub.
Sonradan E.Namazov Milli Şuradan uzaqlaşıb, ancaq hökumətyönlü mövqe tutmayıb. -02B-
-
- Cəmiyyət
- 20 Fevral 2018 18:36
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz