Turan agentliyinin "Azərsu"ya qarşı üçüncü məhkəmə iddiası
Bakı/02.08.17/Turan: Turan İnformasiya Agentliyi "Azərsu" ASC-yə qarşı üçüncü iddianı qaldırıb. Səbəb qurumun informasiya sorğusuna cavab verməkdən imtina etməsidir.
Sorğu "Azərsu" rəhbərinə hələ 2016-cı il iyulun 27-də göndərilib. Bu, içməli su qıtlığının yarandığı Buzovna qəsəbəsində "Azərsu" Dövlət Şirkətinin bir sıra yüksək vəzifəli şəxslər üçün xüsusi su kəməri çəkməsi barədə materialın hazırlanması ilə əlaqədar olub.
Agentlik "özbaşına su kəməri"nin sifarişçilərinin adlarını bilir, ancaq "Azərsu"dan bu adların rəsmən açıqlanmasını tələb edir. Onlardan biri Dövlət Komitəsinin rəhbəri, digəri Bakı rayonlarından birinin icra başçısıdır.
Agentlik bununla bağlı iki məqalə yazaraq tikintinin dayandırılmasına nail olub. Agentliyin direktoru informasiya sorğusuna qanunla müəyyən edilmiş qaydada cavab almaq (İnformasiya azadlığı haqqında qanun, Korrupsiyaya qarşı mübarizə haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, İnzibati-Prosessual Məcəllə) üçün 2016-cı il oktyabrın 11-də 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Agentliyin təkidilə fevralın 22-də məhkəmə prosesi başlayıb. Üç məhkəmə iclası keçirilib. Hakimlər Tahirə Əsədova və Müseyib Bayramov guya düzgün tərtib edilmədiyinə görə məhkəmə iddiasını təmin etməyiblər.
"Biz məmurların və hakimlərin mane olmasına baxmayaraq, informasiya sorğusuna cavab almağa nail olacağıq", - Turan İnfiormasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib. O, işə məhkəmədə baxıldığını əsas gətirərək özünü kənara çəkən ombudsmanın hərəkətindən narazı qaldığını qeyd edib.-0-
-
- Siyasət
- 2 Avqust 2017 12:22
Cəmiyyət
-
Tanınmış jurnalist Mayis Əlizadə martın 6-da səhər saatlarında İstanbulda qəfil ürək tutmasından vəfat edib. O Türkiyə barədə analitik təfəkkürü, bu ölkənin tarixi və siyasəti ilə bağlı dərin biliyi ilə tanınan jurnalist və tərcüməçi idi.
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
Gündəmdə
Rəy yaz