Zibeydə Sadıqova
Vəkil Əli Kərimlinin mühafizəçisi ilə görüşməyə imkan verilmədiyini deyir
Bakı/27.09.21/Turan: AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun vəkili onunla görüşünə icazə verilməyib.
Bu barədə vəkil Zibeydə Sadıqova Turana bildirib.
"İxtisaslaşdırılmış Müalicə Müəssisəsi bəhanə etdi ki, Penitensiar Xidmətdən məktub almalıyam. Penitensiar Xidmət isə Niyaməddinin Covid-19 virusuna görə görüşməyə icazə verilmədiyini dedi. Hətta bildirdim ki, telefonla danışığım təmin edilsin. Buna da imkan verilmədi".
Ailəsinin Niyaməddin Əhmədovun durumundan narahat olduğunu deyən vəkil, valideynlərinin ondan neçə gündür bir məlumat ala bilmədiklərini də əlavə edib:
"Niyaməddin Əhmədovun 15 may 2020-ci ildən bu günə kimi telefonla danışmaq hüququ təmin edilməyib".
Bu məsələ ilə bağlı Penitensiar Xidmətdən hələlik münasibət almaq mümkün olmayıb.
AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilən Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib.
Mayın 16-da, həbsdən azad edilməli olan gündə isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib. AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.
Bu günlər Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək Niyaməddin Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.-16d-
-
- İqtisadiyyat
- 28 Sentyabr 2021 15:47
-
- Cəmiyyət
- 28 Sentyabr 2021 16:34
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz