Vəkili Zamin Salayevlə görüşə buraxmayıblar
Bakı/27.04.20/Turan: Aprelin 27-də vəkil Elçin Sadıqova Bakı İstintaq Təcridxanasında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayevlə görüşə icazə verilməyib.
Bu barədə Turana məlumat verən Sadıqovun sözlərinə görə, o görüş üçün lazım olan bütün sənədlərini təqdim etsə də, ona müvəkkili ilə görüşə icazə verilməyib. "Bu gün Zamin Salayevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdim. Vəkil orderimin təsdiq edilmiş surətini əlavə etsəm də, mənə görüş verilmədi. Mənə deyildi ki, guya mən işə baxmış və artıq hökm çıxarmış məhkəmədən məktub almalıyam. Bildirdim ki, hökm qəbul etdikdən sonra hakimin işə vəkili buraxmaq və ya buraxmamaq məsələsinə baxmaq səlahiyyəti olmadığı üçün hakim belə bir məktub verə bilməz. Bundan sonra dedilər ki, guya mən orderimi Penitensiar Ximdətə verməli və oradan icazə almalıyam. Bunun qanunvericlikdə nəzərdə tutulmadığını onların diqqətinə çatdırsam da mənə yenə görüş vermədilər".
Vəkil bildirdi ki, bununla onun peşə fəaliyyətinə və Salayevin müdafiə hüququna müdaxilə etdilər".
Sadıqov əlavə etdi ki, məsələ ilə bağlı Penitensiar Xidmətə və ombudsmana şikayət göndərdi.
Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı Zamin Salayev rayonun polis şöbəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Aprelin 20-də Salyan rayon Məhkəməsində hakim Ağarza Səmədov bu barədə hökm çıxarıb. Hökmə əsasən, Z.Salayev CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.
H.Əzizov AXCP fəalına qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Z.Salayev yanvarda sosial şəbəkələrdə polis əməkdaşıyla aralarındakı söhbətin videosunu paylaşmışdı. Aralarında Salyan sakini olan bir xanıma qarşı təcavüzdən söhbət gedirdi. Z.Salayev polis əməkdaşını sözügedən xanımı "bədbəxt etməkdə" suçlayırdı.
Bu video sosial şəbəkələrdə yayılandan sonra Z.Salayev polisə müqavimət ittihamıyla 30 sutkalıq həbs olunmuş, saxlanılarkən polis bölməsində işgəncələrə məruz qaldığını açıqlamışdı.
Daxili İşlər Nazirliyi (DİN) isə açıqlama yayaraq həm polis əməkdaşının təcavüz etməsi, həm də Z.Salayevin işgəncəyə məruz qalması barədə iddiaların yalan olduğunu bəyan etmişdi.-0-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz