Açiq mənbələrdən foto.
Vətəndaş və İnkişaf Partiyası partiya liderinə qarşı "saxta prosesin" dayandırılmasını tələb edir
Bakı/08.06.22/Turan: Vətəndaş və İnkişaf Partiyası hakimiyyətin partiyanın sədri Əli Əliyevə qarşı təzyiqləri davam etdirməsini qətiyyətlə pisləyərək, onun dərhal azad edilməsini tələb edir.
Bubarədə partiyanın bəyanatında deyilir. Partiya dünən həbsxanada aclığa başlayan Əliyevin səhhətinə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyur.
"Partiya Əli Əliyevin həbsdən tezliklə azad olunması üçün bütün qanuni vasitələrlə mübarizəni davam etdirəcəyini bəyan edir", deyə sənəddə qeyd edilir.
Öz növbəsində, partiyanın iki fəalı - Zaur Qasımov və Zeynal Abdullayev Vətəndaş və İnkişaf Partiyasının binasında Əli Əliyevə dəstək məqsədilə aclığa başlayıb.
* Əli Əliyev bu il yanvarın 13-də böhtan (CM-in 147.1-ci maddəsi) ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 15-də məhkəmə digər iddiaçının eyni maddə üzrə ittihamı ilə Əliyevin həbs müddətini uzadıb.
İndi üçüncü iddiaçı da Əliyevə qarşı böhtan ittihamı irəli sürüb və həbs müddəti yenidən uzadıla bilər. -0-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz