Хədicə İsmaylovanın evinda axtarış başa catıb (YENİLƏNİB-video)
Хədicə İsmaylovanın evinda axtarış başa catıb. Axtarış nəticəsibdə 58 bədii film məzmunlu disk, modem və vizit kartları götürülüb.
* * *
2014 Dekabr 06 (Şəmbə) 15:08:39
Bu gün saat 14 radələrində Bakı şəhər Prokurorluğunun əməkdaşları, polis və çoxsaylı mülki geyimli şəxslər Xədicə İsmayılın yaşadığı evdə axtarış aparmaq üçün gəlib. Bu zaman evdə bloger Mehman Hüseynov olub.
Mehman Hüseynov Turan-a bildirib ki, təzyiqlər etsələr də, evin açarını prokurorluğun əməkdaşlarına verməyib. “Onlar 5-6 avtomobillə gəlib, 30 nəfərə yaxındırlar. Hazırda evin qarşısında durublar. Mən demişəm ki, evin açarını verməyəcəyəm. Vəkil gələndə açarları vəkilə təqdim edəcəyəm. Açarı almaq üçün təzyiq etdilər, amma açarı vermədim. Dedim ki, istəyirsiniz qapıları qırın, ya da vəkilin gəlməsini gözləyin”, deyə o qedy edib.
Dekabrın 5-də Səbail rayon Məhkəməsi jurnalist Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hakimlər üç saatdan çox müşavirədə qalıb və yalnız bundan sonra qərarı elan ediblər.
Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb.
Jurnalist ittihamı qəbul etmir və peşə fəaliyyəti ilə izah edir. -03B-
-
- Cəmiyyət
- 6 Dekabr 2014 16:01
-
- Söz istəyirəm
- 6 Dekabr 2014 23:15
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz