Xəzər Universiteti nüfuzlu dünya reytinq cədvəlində Azərbaycan Universitetləri arasında 1-ci yerdədir
Bakı/16.12.21/Turan: Dekabr ayının 15-də QS Reytinq Agentliyinin 2021-ci il üçün “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəli açıqlandı.
Xəzər Universiteti regionun ən yaxşı ali məktəblərisiyahısında 210-220 aralıqda qərarlaşıb.
Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitləri arasında 1-ci yeri tutub.
Xəzər Universiteti ötən ilki nəticə ilə müqayisədə 30 pillə irəliləyərək regionun ən yaxşı universitetləri arasında öz mövqeyini bir qədər də möhkəmləndirdi.
Xəzər Universiteti elmi məqalələrdən sitat gətirmə göstəricisi üzrə regionda 9-cu yeri tutaraq, beynəlxalq səviyyədə tanınmış tədqiqatların aparılmasında yüksək potensialını bir daha təsdiqləyib. -0-
-
- Analitika
- 16 Dekabr 2021 23:40
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz