Xırdalanda dəm qazı 5 can aldı
Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında faciəli hadisə qeydə alınıb. Bunu Abşeron Rayon Polis İdarəsindən bildiriblər.
Polis idarəsindən bildirilib ki, həmin ünvanda kirayədə yaşayan 5 tələbə qız dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma getdiyi bildirlib.
Polis idarəsindən o da bildirlib ki, hələlik dünyasını dəyişənlərin ad və soyadları məlum deyil.
Hadisənin nə zaman baş verməsi də bəlli deyil, amma hadisənin baş verməsi bu gün məlum olub.
Xatırladaq ki, analoji hadisə bu ilin yanvarında Bakının Yasmal rayonunda qeydə alınmışdı. O zaman da 5 əcnəbi tələbə dünyasını dəyişmişdi. -16D-
-
- İqtisadiyyat
- 15 Mart 2017 14:44
-
- Cəmiyyət
- 15 Mart 2017 14:56
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz