Açiq mənbələrdən foto.
Xocalı faciəsinin 30 illiyilə əlaqədar tədbirlərə görə avtobus marşrutları dəyişdirilib
Bakı/25.02.22/Turan: Xocalı faciəsi qurbanlarının abidəsinə yürüş ilə əlaqədar 26 fevral səhər saat 7:00-dan 20 sərnişin avtobusunun marşrutları dəyişdiriləcək. Bu barədə cümə günü Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bunlar əsasən aşağıdakılardır: 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1.
Bu marşrutlarda avtobusların hərəkəti paytaxtın alternativ küçə və prospektləri ilə təşkil olunacaq, məlumatda bildirilir.
Xocalı qurbanlarının abidəsi metronun "Xətai" stansiyasının qarşısındadır. Abidənin qarşısına yürüş "Azadlıq" meydanından başlayır, Neftçilər prospekti, Yusif Səfərəliyev küçəsi və Xocalı prospektindən keçir.
* 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının dəstəyilə Dağlıq Qarabağın ikinci böyük şəhəri və azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərini işğal edib. 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirlib, 150 nəfər itkin düşüb, 700-dən çox adam yaralanıb və girov götürülüb.-02D-
-
- Maliyyə
- 25 Fevral 2022 13:42
-
- İqtisadiyyat
- 25 Fevral 2022 14:00
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz