Yaxın günlər üçün hava proqnozu
Yaxın günlər üçün hava proqnozu
Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Gecə zəif yağıntı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcəyədək şaxta, gündüz 2-5 dərəcə isti olacaq.
Ölkənin rayonlarında da gecə saatlarında qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 3-8 dərəcə şaxta olacaq.
Çərşənbə axşamı Bakıda hava şəraiti dəyişməyəcək. Gündüz havanın temperaturu 5-10 dərəcəyədək yüksələcək.
Ölkənin rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
-
- Cəmiyyət
- 15 Yanvar 2024 12:32
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz