Zahid Oruc
Zahid Oruc Saleh Rüstəmlinin aclıq etməsi barədə
Bakı/29.11.21/Turan: "Saleh Rüstəmli ilə bağlı müxtəlif təşkilatlardan, 3- cü sektor təsmilçilərindən müraciətlər almışıq", - parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc Rüstəmlinin aclıq etməsini Turan-a şərh edərkən bildirib.
O hesab edir ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanı tənqid etmək məqsədilə bu aclıq aksiyası "siyasi kampaniya", "amnistiya aktını nüfuzdan salmaq cəhdi"nə çevrilib.
"Əvvəlcə müvafiq dövlət qurumları ilə müzakirələr aparmaq olardı ki, onun əməlləri dövlətə və şəxsiyyətə qarşı yönəlməyib. Komitə sədri kimi deyə bilərəm ki, bizə daxil olan müraciətlərlə əlaqədar belə müzakirələr aparacağıq.
Bizim üçün əsas olan fərdi məsələni ölkə hüdudlarından kənara çıxarmamaqdır, onu xarici təzyiq silahına çevirməməkdir", - Oruc deyib.
* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və " Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. —0306D-
-
- İqtisadiyyat
- 29 Noyabr 2021 14:21
-
- Cəmiyyət
- 29 Noyabr 2021 15:00
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz