Zakir Sultanov
Zakir Sultanov 11 il azadlıqdan məhrum edilib
Bakı/28.01.22/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə proses başa çatıb.
İclas zamanı müdafiə tərəfi müttəhimin 5,3 milyon manat məbləğində zərəri ödədiyi, törətdiyi əməldən peşman olduğu, istintaqla əməkdaşlıq etdiyi, habelə, iki yetkinlik yaşına çatmayan uşağının olduğu nəzərə alınaraq şərti cəza verilməsi barədə vəsatət qaldırıb.
Lakin məhkəmə Sultanovu ciddi rejimli kolonitada cəza çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Sultanov və mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ilin mayında korrupsiya və vəzifədən sui-istifadə ittihamı ilə həbs ediliblər.
Sonradan Bayramovun barəsində iş ayrıca icraata götürülərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Apellyasiya Məhkəməsi cəza müddətini 4,5 ilə endirib.- 06B-
-
- Maliyyə
- 28 Yanvar 2022 13:48
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz