Ölkədə tək AZAL qaldı. Monopoliya? – Elçin Rəşidov Çətin sualda
Bakı/31.07.23/Turan: “Azərbaycan Hava Yolları” QSC iyulun 28-də elan etdi ki, aşağı büdcəli hava yolu şirkəti sayılan “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. Birləşmə bu ilin oktyabrında baş tutacaq.
“Bu birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərin sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək. Eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək”, – QSC-nin məlumatında bildirilib.
Məqsəd nədir?
İqtisadçı Elçin Rəşidov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Çətin sual
-
7 yanvar tarixində yayımlanan müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Qərbi, xüsusilə ABŞ, Fransa və Avropa İttifaqını kəskin tənqid edib. Bu tənqidlərin konkret kimlərə ünvanlandığı və geniş mənası haqqında siyasi analitik və Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov “Çətin sual” proqramında danışıb.
-
Azərbaycan qış mövsümünə qədəm qoyarkən, tənəffüs yolları xəstəliklərinin yayılması ilə bağlı narahatlıqlar artır. Xüsusilə insan metapnevmovirusu (HMPV) bu spekulyasiyaların mərkəzindədir. İlk dəfə Çində aşkarlanan və 2024-cü ilin sonlarında Qazaxıstan və Rusiyada qeydə alınan HMPV hazırda Azərbaycanda diqqət mərkəzindədir. Səhiyyə Nazirliyi virusla bağlı məlumatlandırma kampaniyalarını təsdiqləsə də, onun ölkədə yayılma dərəcəsi və şiddəti barədə suallar qalmaqdadır.
-
Yanvarın 7-də dövlət başçısı İlham Əliyev yerli telekanallara müsahibə verib. Müsahibə zamanı Prezident bir çox məsələlərlə bağlı suallara aydınlıq gətirib.
-
İşıq, qaz, su qiymətlərinin qaldırılmasından sonra sosial mediada bəzi tariflərin artırılacağı barədə söhbətlər gəzir. İqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu və gündəmdə olan digər mövzular barədə danışır.
Rəy yaz