Partiyalar reyestrdən keçdi. Bəs sonra? – Mirəli Hüseynov Çətin sualda
Bakı/11.09.23/Turan: Sentyabrın 11-də Ədliyyə Nazirliyi Azərbaycan Demokratik İslahatlar (ADİP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Ədalət Partiyalarını təkrar qeydiyyata alıb.
Bununla da indiyə qədər təkrar qeydə alınan siyasi partiyaların sayı 25-ə çatıb.
Sentyabrın 9-da Xalq Cəbhəsi, Müsavat və REAL partiyaları təkrar qeydə alınmışdı.
Beləliklə, Ədliyyə Nazirliyi bu günə qədər Yeni Azərbaycan, Ağ, Vətəndaş Həmrəyliyi, Milli Dirçəliş Hərəkatı, Milli Cəbhə, Ana Vətən, Haqq Ədalət, Milli İstiqlal, Ümid, Böyük Azərbaycan, Demokrat, Xalq, Vəhdət, Azad Vətən, Klassik Xalq Cəbhəsi, Müasir Müsavat, Yeni Zaman, Gələcək Azərbaycan, Böyük Quruluş partiyalarını təkrar qeydə alıb.
Əgər partiyaların hamısı qeydə alınacaqdısa, bu addım nəyə hesablanmışdı?
“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Çətin sual
-
Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov Azərbaycanın xarici siyasəti barədə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Qərbi Azərbaycan mövzusu son günlər həm Azərbaycan, həm də Ermənistan rəsmiləri tərəfindən tez-tez gündəmə gətirilir.
-
7 yanvar tarixində yayımlanan müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Qərbi, xüsusilə ABŞ, Fransa və Avropa İttifaqını kəskin tənqid edib. Bu tənqidlərin konkret kimlərə ünvanlandığı və geniş mənası haqqında siyasi analitik və Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov “Çətin sual” proqramında danışıb.
-
Azərbaycan qış mövsümünə qədəm qoyarkən, tənəffüs yolları xəstəliklərinin yayılması ilə bağlı narahatlıqlar artır. Xüsusilə insan metapnevmovirusu (HMPV) bu spekulyasiyaların mərkəzindədir. İlk dəfə Çində aşkarlanan və 2024-cü ilin sonlarında Qazaxıstan və Rusiyada qeydə alınan HMPV hazırda Azərbaycanda diqqət mərkəzindədir. Səhiyyə Nazirliyi virusla bağlı məlumatlandırma kampaniyalarını təsdiqləsə də, onun ölkədə yayılma dərəcəsi və şiddəti barədə suallar qalmaqdadır.
Rəy yaz