Açıq mənbələrdən foto
ABŞ dövlət katibi Novruz münasibətilə təbrik edib
Bakı/26.03.19/Turan: ABŞ dövlət katibi Mayk Pompeo "İran xalqını və baharın və Yeni İlin gəlişini təcəssüm etdirən bu qədim ənənəni qeyd edən hamını, o cümlədən Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan sakinlərini, kürdləri və onların Birləşmiş Ştatlardakı icmalarını" Novruz münasibətilə təbrik edib.
"Minillər ərzində Novruz bir çox xalqlar və cəmiyyətlər üçün mədəniyyət və irsin təməl daşıdır. Novruz ailə üzvlərinin və dostların yığışıb keçmiş haqqında düşünməsinə, gələcəyi qeyd etməsinə imkan verir, bu, həmçinin nə qədər uzaqda olursa olsun, yaxın insanlarla ünsiyyət zamanıdır. Bu il Novruzu qeyd edən İranlıların sosial şəbəkə saytlarına qeyri-məhdud çıxışı olmalıdır ki, bayram tədbirlərindən fotoşəkillər paylaşsınlar və başqa şəhərlərdə və ya xaricdə yaşayan yaxınlarına bayram təbrikləri göndərsinlər. Məğrur İran xalqı repressiyalardan qorxmadan daha yaxşı həyat yaşamaq imkanına layiqdir. Qoy bu Novruz hamı üçün yeni təşəbbüslər və işıqlı gələcək gətirsin! Novruzunuz mübarək!", deyə dövlət katibinin müraciətində qeyd edilir. -0-
-
- Sənaye
- 26 Mart 2019 11:13
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz