© Sputnik / Владимир Трефилов
Hakerlər "Armenpress" dövlət agentliyinin saytını sındırıb İlham Əliyevin çıxışını yerləşdiriblər
Bakı/14.03.21/Turan: Hakerlər Ermənistanın "Armenpress" Dövlət İnformasiya Agentliyinin saytını sındırıblar. Bir saatdan artıq saytın əsas səhifəsində Azərbaycan lideri İlham Əliyevin "Qarabağ Azərbaycandır" sözləri əks olunmuş çıxışının videoyazısı yer alıb.
“Sputnik Armeniya” agentliyi bildirir ki, son vaxtlar Azərbaycan və Türkiyədən erməni xəbər saytlarına kiberhücumlar artıb. Qarabağda müharibə zamanı erməni istifadəçilərə hücum və onların akkauntlarının Whatsapp əlavələrinin "mənimsənilməsi" cəhdləri artıb.
2020-ci il Ermənistan üçün informasiya təhlükəsizliyi baxımından ən çətin il olub. Media eksperti Samvel Martirosyanın məlumatına görə, kiberhücumlar nəticəsində Xarici İşlər Nazirliyi, Müdafiə Mazirliyi kimi qurumlar da daxil olmaqla, məxfi məlumatların böyük sızması qeydə alınıb.
O qeyd edir ki, Ermənistana genişmiqyaslı kiberhücumların təşkilinə yardmçı qüvvələr – türk haker qrupları, həmçinin muzdlu haker təşkilatları cəlb edilib.—0—
-
- Makroiqtisadiyyat
- 13 Mart 2021 21:59
-
- Siyasət
- 14 Mart 2021 15:16
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz